Kataloniyada 844 nəfər yaralanıb

Kataloniyada 844 nəfər yaralanıb

02-10-2017 12:01 / Bu xəbər 146 dəfə oxundu

Çərşənbə axşamı Kataloniyada müstəqillik tərəfdarları tətil keçirəcək.

Kataloniya Muxtar vilayətinin rəhbəri Karles Puçdemon 1 oktyabr keçirilən referendum sonrası müstəqillik elan etmək haqlarının olduğunu bəyan edib. 

Bu barədə BBC məlumat yayıb. 

Məlumatda deyilir ki, oktyabrın 1-də İspaniyanın şimal şərqində yerləşən Kataloniya muxtar vilayəti öz müstəqilliyini elan etmək üçün referendum keçirib. İspaniya hökumətinin qanunsuz saydığı referendum zamanı polislərlə seçicilər arasında qarşıdurma baş verib. Kataloniya rəhbərliyi qarşıdurmalarda 844 nəfərin yaralandığını açıqlayıb. 

"Bu gün milyonlarla insan səfərbər olub gələcəklərinə qərar vermək istədiyini göstərdi. Bu  gün dinlənilməyə haqqımız olduğunu göstərdik. Sülh və demokratiya olan bir dövlətdə yaşamaq istəyirik. Kataloniya artıq Avropa Birliyi məsləsidir. Avropa Birliyi bizə arxa çevirə bilməz", - Karles Puçdemon deyib. 

İspaniyanın Baş Naziri Mariano Rahoy isə keçirilən referendumla bağlı çıxışında deyib: "Bu gün Kataloniyada müstəqillik referendumu baş tutmadı".

O bildirib ki, 760 nəfərin yaralandığı qarşıdurmada polis vəzifəsini icra edib. Baş nazir polislərə təşəkkür edərək, onları asayişin qorunmasında diqqətli olmağa çağırıb.