Lavrov: "ABŞ Suriyanı parçalamağa cəhd edir"

Lavrov:

06-03-2018 10:43 / Bu xəbər 732 dəfə oxundu

ABŞ-ın daxil olduğu bir sıra ölkələrin Suriyanı bölməyə çalışdığına dair sübutlar getdikcə artır. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. 

"Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlara görə, ABŞ tərəfindən yaradılan kiçik bir qrup Suriyanı parçalamağa  cəhd edir”, - deyə S.Lavrov qeyd edib.