Müsavat AKM Avropada mitinq keçirdi

Müsavat AKM Avropada mitinq keçirdi

10-09-2017 00:13 / Bu xəbər 1235 dəfə oxundu

Sentyabrın 9-da Müsavat AKM (Avropa Koordinasiya Mərkəzi) Almaniyanın Nurnberq şəhərinin mərkəzində aksiya keçirib. 

Aksiyada Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin siyasi motivlərlə həbs olunmasına etiraz edilib, həmçinin "Siyasi məhbuslara Azadlıq!” şüarı səsləndirilib. 

Bu barədə Müsavat başqanı Arif Hacılı feysbukda məlumat yayıb. 

Avropanın müxtəlif yerlərindən mitinqdə iştirak etmək üçün Müsavat AKM üzvləri Nurberq şəhərinə gəlib. 

Saat 12-də başlayan mitiqə yüzə qədər şüar və siyasi məhbus fotoları olan plakatlar qaldırılıb. 

Arif Hacılı mitinq iştirakçılarına təşəkkür edib: "Müsavat AKM Almaniyanın Nürnberq şəhərində, fasiləsiz yağış altında "Mehman Əliyevə və digər siyasi məhbuslara azadlıq" şüarı ilə mitinq keçirib. Təşkilatçılara və iştirakçılara təşəkkür edirəm. Var olun dostlar, fədakarlığınız qürurvericidir".