Müsavatçı fəal prokurorluğa çağırılıb

Müsavatçı fəal prokurorluğa çağırılıb

25-08-2016 13:57 / Bu xəbər 821 dəfə oxundu

Müsavat Partiyası Masallı rayon təşkilatının üzvü Tərlan Abbaszadə  prokurorluğa cağırılıb. 

Bu barədə Arqument.Az-a təşkilatın sədri Xasay Fərzulla məlumat verib.

Onun sözlərinə görə, imzatoplama kampaniyası ilə bağlı izahat alındıqdan sonra Tərlan Abbaszadə sərbəst buraxılıb.

Xatırladaq ki, "Respublika” təşəbbüs qrupu üçün imza toplayan Masallı sakini Cəmilə Eynullayeva da avqustun 18-də rayon prokurorluğuna çağırılmışdı.

Müsavat Partiyası isə hüquq-mühafizə orqanlarının referenduma müdaxilələrini və müxalifətə təzyiq göstərməsinin qanun pozuntusu olduğunu bəyan edib. 

Arqument.Az