MSK Rafael Cəbrayılovu mandatdan məhrum etdi

MSK Rafael Cəbrayılovu mandatdan məhrum etdi

02-10-2019 16:43 / Bu xəbər 3399 dəfə oxundu

MSK Rafael Cəbrayılovu deputat mandatından məhrum edib

Oktyabrın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. 

Bu barədə "report" məlumat yayıb. 

Məlumata görə, MSK Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı qərar qəbul edib.

Borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi ilə bağlı parlamentə müraciət etmişdi. 

Xəbərdə deyilirdi ki, Cəbrayılov 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub. Onun bir neçə şəxsə borclu olduğu bildirilir.