Obama: "Ondan prezident olmaz"

Obama:

12-10-2016 14:03 / Bu xəbər 1360 dəfə oxundu

ABŞ prezidenti Barak Obama Respublikaçılar partiyasının nümayəndələrinə səslənib.

O, partiya üzvlərini prezidentliyə namizəd Donald Trampı dəstəkləməməyə çağırıb. 

Onun sözlərinə görə, Respublikaçıların namizədi ABŞ-ı beynəlxalq arenada təmsil etməyə yaramır: "O, öz vicdanına, temperamentinə, hazırlıq və bilik səviyyəsinə görə prezident olmağa yaramır".(teleqraf)