Olay günü Ərdoğanla bir oteldə olmuş məşqçi: "4 saatlıq atışma oldu"

Olay günü Ərdoğanla bir oteldə olmuş məşqçi:

20-07-2016 14:44 / Bu xəbər 1944 dəfə oxundu

İyulun 15-i gecəsi Marmarisdə "Yazıcı Qrand Mares" otelində istirahət edərkən Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğana qarşı xain silahlılar tərəfindən sui-qəsd cəhdi edilib.

Qaynarinfo.az xəbər verir ki, həmin vaxt o oteldə "Bursaspor"un sabiq baş məşqçisi Ərtuğrul Sağlam da olub. Türkiyənin "Hürriyyət" qəzetinin ondan aldığı həmin müsahibəni təqdim edirik:

- 15 iyul axşamı çevriliş cəhdi edilərkən siz prezident Rəcəp Tayyip Ərdoğan ilə eyni oteldə idiniz. Onun dəvəti ilə orda idiniz?

- Xeyr, təsadüfən orda idim. "Bursaspor"un rəhmətlik prezidenti İbrahim Yazıcının otelidir. Biz onunla "Bursaspor"da təxminən 4 il çalışmışıq. Hər mövsüm öncəsi planlarımızı və hazırlıqlarımızı oteldə həm istirahət edərək, həm də işləyərək keçirərdik. Bu üzdən 4 il hər yay ora getdim. Klub prezidentimiz vəfat etdikdən sonra ora getmək bir alışqanlıq oldu. Hər il yay tətilimizin 1 həftəsini Marmarisdə keçiririk. Bizim istirahətimiz 11-18 iyul arasında idi. Ora gedəndə cənab prezidentimizin də eyni oteldə olduğunu öyrəndik.

- Sizin və prezident Ərdoğanın qaldığı yer otelin harasında idi?

- Qaldığımız yerin sağında cənab prezidentimiz qalırdı. Bizim otağımıza təxminən 20-30 metr yaxınlıqda idi. Bitişik otağımda mühafizə müdiri vardı. 20 metr arxamızda da mühafizə polislərinin otaqları vardı. Kənarları 20 metr olan üçbucağın tam ortasında da biz qalırdıq.

- Prezident ilə bir söhbətiniz oldumu?

- Təəssüf ki, olmadı. Qoruma müdirinə "Cənab prezidentimizə salam vermək istəyirəm" deyər arzumu bildirmişdim. Hadisə axşamı cənab prezidentimizin dincəlmək istədiyini və daha sonra özü ilə məni görüşdürəcəyini söyləmişdi.

- Hadisə günü bir anormallıq hiss etmədinizmi?

- Axşam gəzinti edərkən yolda insanların salam verərkən eyni zamanda "Hocam, Boğaz körpüsü əsgərlər tərəfindən bağlanmış" dediklərini eşitməyə başladım. Sonra otelə gəldim. Oteldə gündəmi izləməyə başladım. Sonra da hadisələr yavaş-yavaş cərəyan etməyə başladı. Bir müddət sonra otağın önündə bir hərəkətlilik oldu. Təhlükəsizlik çərçivəsində oteldən ayrılanlar oldu. Sonra da cənab prezidentimizin oteldən ayrıldığını kimsə söyləmədi.

- Cənab prezident nə qədər müddətdə ordan ayrıldı?

- Əvvəl ailəsi ayrıldı deyə təxmin edirəm. Hadisələr başlamazdan öncə də özü oteldən çıxdı. Ancaq bunu söyləməliyəm ki, prezidentimizin oteldən ayrılma vaxtı fərqli söhbətlərə yol açdı.

- Prezident ayrıldıqdan nə qədər sonra otelə basqın gerçəkləşdi? Hücum anını söyləyə bilərsinizmi?

- Tam vaxtını xatırlamıram, amma 1 saat olmamışdı. Əvvəl otelin ön hissəsində atışmalar oldu. Helikopterlə əsgərləri endirdilər. Ancaq həmin yer bizə uzaq idi. Sonra helikopter bizim olduğumuz bölgəyə gəldi. Və oteldə axtarış başladı. Bu hücum məncə, gecə saat 1 radələri idi. Biz 3 dəfə basqını hiss etdik. Əsas böyük olan hücum gecə 3-də gerçəkləşdi. Və sabaha yaxın 5-də son basqın oldu.

Prezident qorumaları ilə 2-ci basqında ciddi ciddi atışma oldu. Silah səsləri, qışqırıq səsləri vardı. Bunlar bizim otağın 5 metr önündə olurdu. Sonra yandakı otağımıza tərəf gəldilər. Böyük bir qorxu və gərginlik içində idik. Ailəm orda idi. Qızım, onun 2 dostu (3 dənə 14 yaşında qız), oğlum, həyat yoldaşım və mən divarın dibinə sığınmışdıq. Nə vaxt içəri girəcəklər, nə ilə qarşılaşacağıq? Sadəcə qorxu ilə gözləyirdik.

- Oteldən çıxmanız üçün sizə kömək olundumu?

- Xeyr. Ümumilikdə təxminən 4 saatlıq atışma oldu. Çox sıxıntılı anlar yaşadıq. Qızımın psixoloji pozuntuları hələ də qalır.

- O anlarda çox pis anlar yaşamışsınız...

- 2-ci atışmadan sonra otağın çölündən tək-tük silah səsləri gəlməyə başladı. Bir qadının qışqırığını eşitməyə başladıq. "Kömək edin, kömək edən yoxmu?" deyə qışqırırdı. Oğlumla birgə otaqdan çıxdıq. Əvvəlki günlərdə gördüyümüz qadın mühafizəçilərdən biri idi. "Ürək masajı edə bilən varmı" dedi. "Mən edərəm" dedim. Məşqçilik kursunda ilk yardım təhsili almışdıq. Yuxarı çıxdıq. Masaj edəcəyim mühafizə polisini parçaya sarıyıb ambulansa götürürlərdi. Polislərdən biri "Bir şəhidimiz var, hocam. Siz də buralarda çox qalmayın, gəlirlər yenidən" dedi.

Biz otağa qayıtdıq. Olay bitdi demişkən, saat 5 radələrində yenidən gəldilər. Son 2 gəlişdə helikopter dənizdən otaqların önünə qədər gəlib axtarmağa başladı. 2-ci gəlişlərindən sonra ölümün qoxusunu əməlli başlı hiss etməyə başladıq. Hətta mən duş yerinə gedib dəstəmazımı aldım və ölümün gəlməsini gözlədim. Səhər namazını qıldım və gün çıxdığında hadisələr başa çatdı.

- Bu silahlı müdaxilənin arxasından Gülən Camaatı çıxdı. Bu camaatla yaxınlığınız çox danışılır... 

- Həyatım boyu yalan söyləməmişəm, indi də söyləməyəcəyəm. Biz idmançıyıq, idman adamıyıq. Camaata baxışımız ibadət və təhsilə dəstək olmaqdır. Vətən sevgisi ilə dünyanın hər yerindəki dərslərdə türk bayrağının dalğalanması bizləri xoşbəxt edərdi. Əcnəbi tələbələrin türkcə öyrənməsi və vətənə olan sevgimizdən başqa, bir niyyətimiz əsla olmayıb. İndiki görüntü heç qəbul edilə bilməyəcək bir şeydir. Bu təşəbbüsdə olan hər hansı insan bu vətənə xəyanət etmişdir. Bu silahlı müdaxiləni lənətləyirəm".

Arqument.az