“Prezident Goranboyda pambıq əkdirib” deyənlər kəndlilərin suyunu kəsdilər

“Prezident Goranboyda pambıq əkdirib” deyənlər kəndlilərin suyunu kəsdilər

15-08-2017 11:18 / Bu xəbər 1349 dəfə oxundu

"Prezident Goranboyda pambıq əkdirib” deyənlər kəndlilərin suyunu kəsdilər

Deyirlər ki, prezident pambıq əkdirib, suyu onun sahəsini qoyub, sizə verə bilmərik.

Şəmkirin Qaraçamırlı kənd sakini Akif Quluyev "Basta”ya məktub yazaraq ellikcə üzləşdikləri problemdən yazıb.

Akif Quluyev bildirir ki, Şəmkirin Qaraçamırlı kəndindən böyük su kanalı keçir. Buna baxmayaraq kəndlilərin əkin sahələri susuzluqdan yanır.  

Şəmkir rayonunda Su İdarəsinin rəhbərliyi kəndlilərin sahələrinə yaxın olan boruların ağzını svarkalayıb su vermir. 

Səbəbini də, soruşanda deyirlər ki, prezident Goranboyda pambıq əkib, suyu ora veririk.

Akif Quluyev bildirir ki, eyni vəziyyət ətraf kəndlərdə də, Təhnəli, Olicbəy, Qasımismayılov kəndlərində də,  müşahidə olunur.

Xatırladaq ki, Akif Quluyev həmin əraziyə nəzarət edən bələdiyyənim Sudan İstifadə Birliyinin üzvüdür. Kənd camaatı tərəfindən seçilib.