Qətər OPEC-dən çıxır

Qətər OPEC-dən çıxır

03-12-2018 17:46 / Bu xəbər 175 dəfə oxundu

Qətər 57 il əvvəl üzv olduğu OPEK-dən (Neft İxrac Edən Ölkələr Birliyi) ayrılacaq.

Toplum.tv türk mediasına istinadən xəbər  verir ki, Qətərin energetika və sənaye naziri Səəd əl-Kəəbi ölkəsinin yanvar ayının 1-dən OPEK-dən çıxmağa hazırlaşdığını bildirib.
 
Nazir mətbuat konfransında Qətərin bu qərarını öz uzunmüddətli strategiyasını qiymətləndirmə və beynəlxalq rolunu artırma planı çərçivəsində həyata keçirdiyini deyib.

Qətər bir gündə 656 min barrel neft istehsal edir.

OPEK 1960-cı il sentyabrın 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb.

Qətərdən başqa İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador və Anqola təşkilatın üzvüdür.