Rusiyada virusa yoxuxanların sayı artır

Rusiyada virusa yoxuxanların sayı artır

04-04-2020 14:28 / Bu xəbər 317 dəfə oxundu

Rusiyada daha 583 nəfərdə koronavirus tapılıb. 

Ölkə üzrə yoluxanların sayı 4.731 nəfərə çatıb.

Arqument.az Rusiya mediasına istinadən xəbər verir ki, son bir gündə Rusiyada, 32 region üzrə daha 583 insana COVID-19 koronavirus infeksiyası diaqnozu qoyulub. 

Ümumilikdə, Rusiyada 4.731 nəfər koronavirusa yoluxub.

Operativ Qərargahın məlumatına görə, ən çox yoluxma faktı Moskva (434) və Moskva vilayətində (49) qeydə alınıb. 

Son gün ərzində ölənlərin sayı 9 nəfər, ümumilikdə isə 43 xəstə vəfat edib. 
 
Nizami