Rusiyanın baş naziri koronavirusa yoluxdu

Rusiyanın baş naziri koronavirusa yoluxdu

30-04-2020 21:23 / Bu xəbər 580 dəfə oxundu

Rusiya Federasiyasının baş naziri Mixail Mişustin koronavirusa yoluxduğunu açıqlayıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə Rusiya prezidenti Vladimir Putini videobağlantı vasitəsilə məlumatlandırıb. 

Bildirilib ki, hazırda Rusiya baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq birinci müavin Andrey Belousova tapşırılıb.

Rusiyada bu günədək 106 498 nəfər koronavirusa yoluxub, onlardan 1 073-ü ölüb. Ölkədə indiyədək 11 619 nəfər infeksiyadan sağalaraq xəstəxanalardan evə buraxılıb.