Sakinlərdən "Azərsu"ya ittiham: "Çox güman, suyu bağlara satırlar"

Sakinlərdən

06-05-2019 13:07 / Bu xəbər 1122 dəfə oxundu

Suraxanı rayonu ərazisində içməli suyun verilməsində problem yaranıb.

Bu barədə Arqumet.Az-a sakinlər məlumat veriblər. 

Onlar bildiriblər ki, rayonun Hövsan və digər ərazilərində səhər saatlarından su kəsilib.

Sakinlər deyirlər ki, problem son aylar tez-tez müşahidə olunur və günlərlə davam edir. 

Onlar suyun "Azərsu" tərəfindən sahibkarlara satıldığını, suyun onlara məxsus bağlara verildiyini ehtimal edirlər: "Problem tez-tez baş verirsə, güman ki, bağlara, imkanlı adamlara satırlar ki, bağlarını suvarsınlar". 

Suraxanı rayon Sukanal İdarəsi ilə məsələ ilə bağlı mövqe öyrənmək mümkün olmayıb. 

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "955-Qaynar-xətt"indən isə Arqument.Az-a bildirilib ki, problem suyun təzyiqi ilə bağlıdır və gün ərzində tənzimlənərək, əhali su ilə təmin ediləcək.

Arqument.Az