Siqaretlər bahalaşdı
21-01-2017 13:22 / Bu xəbər 1260 dəfə oxundu
Azərbaycanda pərakəndə satışda olan tütün məmulatlarının qiymətində artım baş verib.
Bu barədə APA məlumat yayıb.
Məlumata görə, siqaretlərin qiymətində orta hesabla 10-20 qəpiklik artım müşahidə olunur.
Satıcılar deyir ki, qiymət artımı bütün markalara şamil olunub.
Onların sözlərinə görə, qiyməti 2 manatadək olan siqaretlər 10 qəpik, 2 manatdan yüksək olanlar isə 20 qəpik bahalaşıb.
Pərakəndə satış ilə məşğul olanlar qiymət artımını tütün məmulatların nağd pulla topdan satışının qadağan olunması ilə izah edir.