Siyasi məhbuslarla bağlı hesabat hazırlandı

Siyasi məhbuslarla bağlı hesabat hazırlandı

12-10-2017 02:05 / Bu xəbər 1556 dəfə oxundu

"Nəhayət, "Gürcüstan işi" ilə bağlı hazırladığımız Hesabat təqdimata da hazırdır. Sənəddə qonşu ölkədə bu ilin əvvəllərindən başlayaraq Azərbaycan hakimiyyətinin apardığı repressiya siyasəti, bu siyasətin qurbanları olmuş - Mehman Qələndərov, Fərman Ceyranlı, Gözəl Bayramlı, Əfqan Muxtarlı, Daşqın Ağalarlı və digər soydaşlarımızla bağlı detallı, ətraflı məlumatlar yer alıb".

Bu məlumatı hüquq müdafiəçisi Oqtay Gülalıyev feysbukda yayıb. 

O bildirib ki, hesabatın detallarını tədbirdə açıqlayacaqlarını deyib: "Sabah (artıq bu gün), 12 oktyabr saat 12- də "Gürcüstan işi; təqiblər, həbslər və mövcud reallıqlar” adlı Hesabat 3 dildə- Azərbaycan türkcəsində, ingilis və rus dillərində yerli və beynəlxalq ictimaiyyətə təqdim olunacaq. Hesabat Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) tərəfindən hazırlansa da, nəşrin ərsəyə gəlməsində digər insanlar da iştirak edib və fürsətdən istifadə edib onlara təşəkkür edirəm! Hər kəsi Hesabatın təqdimatında iştirak etməyə, onun yayılmasında və dərcində fəal olmağa çağırıram. Unutmayaq ki, "Gürcüstan işi" ilə bağlı bir çox dostlarımız həbsdə, xeyli insanlar isə təqib altındadır. Belə sənədlərin hazırlanması və yayılması həm də onlara dəstəkdir".

Arqument.Az