534 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

534 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

04-07-2020 22:20 / Bu xəbər 1586 dəfə oxundu

İyulun 4-də Azərbaycanda koronavirus infeksiyasına 534 yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər isə vəfat edib.

"Hazırkı dövrədək ölkəmizdə 19 min 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 11 min 291 nəfər müalicə olunaraq sağalıb, 241 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 269 nəfərdir.

Ötən müddət ərzində 509 min 811 test aparılıb. Bugünkü test sayı isə 6 846-dır", - Qərargahın açıqlamasında deyilir.