ABŞ pandemiya ilə bağlı hansı ölkələrə sanksiya tətbiq edəcək?

ABŞ pandemiya ilə bağlı hansı ölkələrə sanksiya tətbiq edəcək?

11-04-2020 20:05 / Bu xəbər 1366 dəfə oxundu

Vaşinqton pandemiya zamanı vətəndaşlarını ABŞ-dan götürməyən ölkələr üçün sanksiyalar hazırlayır.

Arqument.Az xarici mediaya istinadən xəbər verir ki, vətəndaşlarını ABŞ-dan evakuasiya etməkdən imtina edən və ya əsassız olaraq bu prosesi uzadan ölkələrə viza sanksiyaları tətbiq edilə bilər. 

Bu, ABŞ prezidenti Donald Trampın imzaladığı memorandumda nəzərdə tutulur.

"Koronavirus pandemiyası zamanı ABŞ-da olan vətəndaşlarını evakuasiya etməkdən imtina edən və ya əsassız olaraq bu prosesi uzadan dövlətlər amerikalılar üçün yolverilməz risklər və sağlamlıqları üçün təhlükə yaradır", - memorandumda deyilir.

Sənəd 2020-ci ilin sonuna qədər qüvvədədir, lakin hökumətin onu uzatmaq hüququ var.
 
Nizami