ABŞ Ramzan Kadırovu "qara siyahı"ya saldı

ABŞ Ramzan Kadırovu

20-07-2020 23:15 / Bu xəbər 1541 dəfə oxundu

ABŞ Dövlət Departamenti Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu "insan hüquqlarını kobud şəkildə pozduğuna görə" qara siyahıya salıb. 

Bu barədə Dövlət Departamentinin saytında məlumat yerləşdirilib. 

Dövlət katibi Pompeonun bildirdiyinə görə, Departamentdə Kadırovun on il əvvəl baş vermiş çoxsaylı insan haqlarının kobud şəkildə pozduğu, o cümlədən işgəncələrə və məhkəmədənkənar edamlara cavabdeh olduğu barədə kifayət qədər etibarlı məlumatlar var. 

Onun sözlərinə görə, sanksiyalar Çeçenistan rəhbərinin həyat yoldaşına və uşaqlarına şamil ediləcək.

Nizami