ABŞ ÜST-ün maliyyəsini dayandırır

ABŞ ÜST-ün maliyyəsini dayandırır

15-04-2020 17:27 / Bu xəbər 1041 dəfə oxundu

"Associated Press" xəbər verir ki, ABŞ  prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) büdcəsinə ödənişlərin müvəqqəti dayandırılması barədə qərar qəbul edib. 

Trampın sözlərinə görə, ÜST əsas vəzifələrini yerinə yetirə bilməmiş və buna görə məsuliyyətə cəlb edilməlidir. 

Onun sözlərinə görə, virus Çində baş qaldıran zaman təşkilat öz işini daha yaxşı görsəydi, dünyada koronavirus infeksiyasından ölümlərin sayı daha az ola bilərdi.

Tramp qeyd edib ki, Birləşmiş Ştatlar ödənişləri bərpa etmək qərarına gəlməzdən əvvəl COVID-19 pandemiyası ilə mübarizə üçün təşkilatın hərəkətlərini nəzərdən keçirəcəkr. ÜST rəsmiləri Trampın qərarını hələ şərh etməyib. 

Xatırladaq ki, ABŞ Ümumdünya Səhiyyə Təşkilatının ən böyük donorudur. Hələ 2019-cu ildə Birləşmiş Ştatlar ÜST-ə 400 milyon dollardan çox vəsait köçürdüb ki, bu da təşkilat illik büdcəsinin 15% -nə bərabərdir.

Nizami