ABŞ yenə sülhdən danışdı: "Prioritet olaraq qalır"

ABŞ yenə sülhdən danışdı:

08-11-2023 13:37 / Bu xəbər 1213 dəfə oxundu

"Azərbaycan və Ermənistan arasıda sülh ABŞ üçün prioritet olaraq qalır".

Bu barədə çərşənbə axşamı Dövlət Departamentindən bildiriblər.

"Dünyada baş verən hər şeydən əlavə olaraq, bu iki ölkə arasında sülh bizim üçün, dövlət katibi Blinken üçün prioritet olaraq qalır", -  mətbuat katibinin müavini Vedant Patel brifinqdə Turan-ın müxbirinə deyib.

"Dövlət Departamenti bununla məşğul olmağa davam edir", - deyən Patel təfərrüatları açıqlamayıb.

2022-ci ildən etibarən ABŞ Vaşinqtonda görüşlərin üç mərhələsini keçirib. 

Sentyabrın əvvəllərində Dövlət Departamentinin iki yüksək vəzifəli məmuru "Turan"ın müxbirinə bildirib ki, ABŞ-ın dəstəklədiyi sülh prosesi "davam edir və tamamilə fəaldır" və tərəflər dialoqu davam etdirmək üçün "Vaşinqtona qayıtmağa hazırdırlar".

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ötən ayın sonlarında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşməli idi, lakin görüş bir ay ərzində iki dəfə ləğv edilib.