Çad prezidenti üsyançılarla münaqişə zamanı öldürüldü

Çad prezidenti üsyançılarla münaqişə zamanı öldürüldü

20-04-2021 17:51 / Bu xəbər 1644 dəfə oxundu

Çad prezidenti İdriss Debi İtno üsyançılara qarşı hərbi əməliyyatlar zamanı ölüb.

"Röyters"in aprelin 20-də verdiyi xəbərə görə, Debi ölkənin şimalında qiyamçılara qarşı aparılan hərbi əməliyyatlarda orduya rəhbərlik edib. 

İdriss Debi aprelin 11-də keçirilmiş seçkilərdə altıncı dəfə Çad Prezidenti seçilmişdi. Seçkilərin nəticələri bu gün rəsmən təsdiq edilmişdi.