Almaniyanın yeni kansleri seçildi

Almaniyanın yeni kansleri seçildi

08-12-2021 14:41 / Bu xəbər 1929 dəfə oxundu

Almaniya Bundestaqının bu gün keçirilən iclasında Sosial Demokrat Partiyasının namizədi olan Olaf Şolts kansler seçilib.

"Spiegel"i verdiyi məlumata görə, Şoltsa 736 parlementaridən 395 deputat səs verib.

Şolts Belvyu sarayında Prezident Valter Ştaynmayerlə görüşəcək. 

Bundan sonra o, parlamentə qayıdaraq and içəcək və səlahiyyətlərinin icrasına başlayacaq.

Bununla da Almaniyada Angela Merkelin 16 illik hakimiyyət dövrü başa çatıb.