Anar Elza Seyidcahanın üzvlüyünü dəstəklədi

Anar Elza Seyidcahanın üzvlüyünü dəstəklədi

04-07-2023 16:40 / Bu xəbər 1830 dəfə oxundu

Əməkdar artist, müğənni və bəstəkar Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyünə qəbul edildiyi bildirilir.

AYB sədrinin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayev bu haqda "Facebook” hesabında paylaşım edib.

Sosial şəbəkələrdə isə Elza Seyifdcahanın şeirləri birmənalı qarşılanmır, əksər hallarda gülüş və tənqid obyektinə çevrilir.

Bu səbəbdən onun AYB-yə üzvlüyü də birmənalı qarşılanmayıb.

Amma AYB sədri, Xalq yazıçısı Anar Elza Seyidcahanın üzvlüyünü dəstəkləyib.

"Ədəbi ictimaiyyət nəyi birmənalı qarşılayıb ki, Elza Seyidcahanın da AYB üzvü olmasını birmənalı qarşılasın?! Hər şeyə mütləq qulp qoyurlar”, – deyə AYB sədri Elza Seyidcahanın üzvlüyə qəbulunu şərh edərkən Meydan TV-yə deyib.