Arzu Rəhimov vəzifəsindən uzaqlaşdırıldı

Arzu Rəhimov vəzifəsindən uzaqlaşdırıldı

17-04-2023 12:01 / Bu xəbər 971 dəfə oxundu

Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev aprelin 17-də sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunub.

Arzu Rəhimov 2012-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalşırdı.

Ona qədər A.Rəhimov Dövlət Miqrasiya Xidmətinin rəisi olub.

Yeni rəis Mürsəl İbrahimov 1970-ci ildə Bakıda anadan olub.

O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib.

1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb.

Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsində inspektor və baş inspektor vəzifəsində işləyib.

M. İbrahimov 10 ildən artıq keçmiş Milli Təhlükəsizlik Nazirliyində işləyib, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib.

2015-ci ildə "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb.

Son illər "Kapital Bank”ın Təhlükəsizlik Departamentinin direktoru olub.