AŞPA Azərbaycanla bağlı yeni məruzəçi təyin etdi

AŞPA Azərbaycanla bağlı yeni məruzəçi təyin etdi

12-10-2022 11:25 / Bu xəbər 1071 dəfə oxundu

AŞPA-da Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin təhlükəsizliyi ilə bağlı yeni məruzəçi təyin edilib.

"Turan" xəbər verir ki, oktyabrın 11-də AŞPA-nın Hüquq məsələləri və İnsan Hüquqları Komitəsində Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər mövzusu müzakirə edilib. 

Komitə məsələni araşdırmaq və hesabat hazırlamaq üçün Böyük Britaniyalı deputat Hanna Bardelli məruzəçi təyin edib.

Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlərlə bağlı AŞPA-nın bir qrup deputatı yay sessiyasında qətnamə layihənisinin hazırlanmasına çağırmışdılar. 

Deputat Hanna Bardell növbəti iki il ərzində bu məsələni araşdıraraq AŞPA üçün ətraflı hesabat hazırlamalıdır.