Avropa Məhkəməsi Azərbaycandan olan üç şikayəti təmin edib

Avropa Məhkəməsi Azərbaycandan olan üç şikayəti təmin edib

11-07-2019 14:59 / Bu xəbər 297 dəfə oxundu

Şikayətçilərin hər birinə 7500 avro verilməlidir

Avropa Məhkəməsi iyulun 11-də Azərbaycandan göndərilmiş 3 şikayət üzrə qərarını (birgə qərar olaraq) açıqlayıb.

Məhkəmə İxtiyar Abdalov, İbrahim Əhmədzadə və Tariyel Şirinlinin hər birinin seçki hüququnun pozulduğu qənaətinə gəlib. 

Qərara əsasən, Azərbaycan hökuməti Bakı, İmişli və Sumqayıtdan 2010-cu ildə parlament seçkilərində iştiraka gec buraxılan şikayətçilərin hər birinə 7500 avro mənəvi təzminat ödəyəcək.

Bundan başqa şikayətçilərdən İ.Abdalovun vəkilinə 1.400, İbrahim Əhmədzadə və Tariyel Şirinlinin vəkillərinin hər birinə isə 2.200 avro ödənilməlidir.

İxtiyar Abdalov, İbrahim Əhmədzadə və Tariyel Şirinli müvafiq olaraq Bakı, İmişli və Sumqayıtda 2010-cu ildə parlament seçkilərində iştiraka biraxılmamalarından şikayətçi idilər. Hər 3 ərizəşi 7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkilərində iştirak etmək qərarı veriblər. Amma seçki komissiyaları onların topladığı seçici imzalarını saxta hesab etmiş, onların namizdliklərini irəli sürməsini əngəlləmişdi.

Məhkəməyə üz tutan iddialıların şikayəti təmin edilmiş, məhkəmə onların seçkiyə qatılmalı olmasına qərar vermişdi. Ancaq namizədlik sənədi onlara seçki gününə bir neçə gün qalmış təqdim edildiyindən kampanya apara bilməyiblər. Onların seçkilərin iddialı olduqları dairələrdə ertələnməsi tələbi isə rədd edilib.

Şikayətçilər seçkilərdə iştirak etmiş, seçilə bilməyiblər. Yekunda onlar seçki, səmərəli müdafiə vasitələri hüquqlarının pozuntusu iddiası ilə Avropa Məhkəməsinə şikayət ediblər.

Meydan.tv