AXCP aksiya keçirdi, siyasi məhbuslara azadlıq tələb etdi
30-03-2023 19:28 / Bu xəbər 1289 dəfə oxundu
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Ədliyyə Nazirliyi önündə aksiya keçirib.
Etirazçılar 50 gündən artıq aclıq aksiyası keçirən Əlizamin Salayevə və digər siyasi məhbsulara azadlıq istəyiblər.
Aksiyada "Siyasi məhbuslara azadlıq!" və digər şüarlar səsləndirilib.
AXCP sədri Əli Kərimli aksiya ilə bağlı qeyd edib ki, Əlizamin Salayevin həyatına təhlükə var, ona görə də dərhal azadlığa buraxılmalıdır: "AXCP Salyan şöbəsinin sədri Əlizamin Salayev şərlənərək həbs olunub. 52 gündür ki, aclıq aksiyası keçirir. Həyatına təhlükə olduqca realdır".
Aksiya iştirakçıları onlara təzyiqlərin edildiyini deyiblər.
Onlar aksiya qoşulan bütün fəalların polis tərəfindən saxlanıldığını deyiblər.
Aksiyadan yayılan videogörüntülərdə də polisin müdaxilə etdiyi görünür.
Əli Kərimli saxlanılanların sayının 50-dən yuxarı olduğunu qeyd edib.
Amma Daxili İşlər Nazirliyi isə bunu təkzib edir.
DİN-dən bildiriblər ki, etirazçılar, sadəcə, ərazidən uzaqlaşdırılıb.












