"Azərbaycan" Nəşriyyatına yeni baş direktor təyin olundu

01-10-2021 22:18 / Bu xəbər 2293 dəfə oxundu

Leyla Güləliyevanın "Azərbaycan" Nəşriyyatının baş direktoru təyin olunub. 

Məlumatı Leyla Güləliyeva özü "Report"a təsdiqləyib.
 
"President.az" saytında sərəncam yoxdur. Halbuki Prezident İlham Əliyev sentyabrın 30-da "Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalamışdı.

L.Güləliyeva bugünə qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş "Azərmarka” MMC-nin direktoru vəzifəsində çalışıb.

A.Əsgərov 2005-ci ildən "Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindəydi.