Azərbaycanda bütün məhkəmə prosesləri təxirə salınır
10-03-2020 16:29 / Bu xəbər 1981 dəfə oxundu
Sabahdan etibarən bütün məhkəmə prosesləri təxirə salınacaq.
Yenisabah.az-a daxil olan məlumata görə, buna səbəb koronavirus təhlükəsidir.
Məhkəmə proseslərinin təxirə salınması ilə bağlı konkret müddət müəyyənləşdirilməyib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən xəbəri nə təsdiq, nə də təkzib ediblər.












