Araşdırmaçı jurnalist: "İcra başçısı ferma sahibidir"

Araşdırmaçı jurnalist:

14-06-2020 12:18 / Bu xəbər 1510 dəfə oxundu

"Samuxun icra başçısı Alı Qocayev rayonun Ziyadlı kəndində böyük ferma sahibidir. İcra başçısı fermanı Binəqədi rayonundakı 217 saylı məktəbin direktoru vəzəfisində çalışan xanımı Bənövşə Cəfərova Əkbər qızının adına rəsmiləşdirib".

Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

O bildirib ki, icra başçısının həyat yoldaşı həm də 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairə seçki komissiyasının üzvüdür: "Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən təqdim etdiyim çıxarışda qeyd olunur ki, Alı Qocayevin həyat yoldaşı 2017-ci il ildə Samux rayonunun Ziyadlı kəndində 3 hektar ərazidə sahəsi 372 kvadratmetr olan tövlə tikdirib. Yəqin ki, Qocayevlərin heyvandarlıq təsərrüfatı 3 hektar sahəsi olan ferma ilə məhdudlaşmır. Fermanın ən azımdan bundan qat-qat artıq örüş və biçin sahələri olmamış deyil.
İcra başçısının həyat yoldaşı 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairə seçki komissiyasının üzvüdür".

Samux Rayon İcra Hakimiyyətinin başçısı məlumatı nə təsdiq, nə də təkzib edib.