Jurnalist daha bir icra başçısının mülklərini yaydı - SİYAHI

Jurnalist daha bir icra başçısının mülklərini yaydı - SİYAHI

23-05-2020 03:06 / Bu xəbər 2466 dəfə oxundu

Göygöl rayonun sabiq İcra Hakimiyyətinin başçısı Arif Akif oğlu Seyidovun mülkləri açıqlanıb.

Avopada yaşayan jurnalist Həbib Müntəzim iddia edir ki, sabiq başçı xalqın cibinə girərək hektarlarla örüş sahələrinin işğal edib:

Arif Seyidovun iddia olunan sərvətinin siyahısı belədir:

- Göygöl şəhəri, Hummel, ev 69A ünvanında mənzil

- Göygöl şəhəri, Səbuhi Hacıyev, ev 112 ünvanında mənzil

- Göygöl rayonu, Aşıqlı kəndində villa,

- Göygöl rayonu, Toğanalı kəndində dəbdəbəli bağ evi

- Göygöl rayonu, Aşıqlı kəndində daha bir mənzil

- Rayonun Hacıkənd və Mixaylovka kəndlərində növbəti mənzillər

- Göygöl rayonunda qardaşı Maarifin idarə etdiyi mal-qara ferması

- Göygöl xəstəxanasının qarşısında olan aptek

- Göygöl, Topal Həsənli kəndində "Qala Dibi" restoranı

- Göygöl rayonunda Məkan çay evi,

- Göygöl rayonunda Elit çay evi,

- Daşkəsəndə və Göygöldə torpaq sahələri və yaylaq yerləri.

- Gəncə çayı hövzəsində üç iri gölü

- Qardaşına və özünə məxsus mal-qara fermaları

- Göygöldə olan Əminə marketin şərikliyi

- Köhnə Koroğlu mehmanxanası, əvvəl yandırdı sonra özü sahibləndi.

- Göygöl şəhəri köhnə poliklinika binası

- Göygöl şəhəri köhnə uşaq bağçası

- Göygöl şəhəri köhnə evlər idarəsi

- Azyaşlı oğlu Samirin sürdüyü Mercedes-Benz Geländewagen (010)

- 25-BD-005 dövlət nişanlı Niva markalı maşın

- BMW markalı avtomobil

- Qardaşı Maarifin adına "Bulaq" Sahibkar Müəssisəsi MMC

- Aşıqlı kəndində 2 hektardan artıq fərdi ev tikintisi üçün torpaq sahəsi

- Şəhərin özündə yaxın qohumlarının əldə etdiyi 50-dən artıq torpaq sahələri

- Aşıqlı, Mixaylovka və Toğanalı hektarlarla torpaq sahələri, iaşə obyektləri və mənzilləri mövcuddur.