Azərbaycanda hərbi vəziyyət rejimi ləğv edilir

Azərbaycanda hərbi vəziyyət rejimi ləğv edilir

07-12-2020 17:19 / Bu xəbər 831 dəfə oxundu

Milli Məclisin növbəti iclasında Prezidentin Fərmanı təsdiq üçün müzakirəyə çıxarılacaq

Azərbaycanda sentyabrın 28-dən qüvvədə olan hərbi vəziyyət rejimi ləğv edilir.

Meydan.Tv xəbər verir ki, Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan "Hərbi vəziyyətin ləğv olunması haqqında" Fərmanının təsdiq edilməsi məsələsi Milli Məclisin dekabrın 11-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar 28 sentyabr saat 00:00-dan Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan ediməsi barədə Prezident İlham Əliyev Fərman imzalamış, Milli Məclis həmin Fərmanı təsdiqləmişdi.

Fərmana əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib.

Sentyabrın 27-dən Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun torpaqları azadetmə əməliyyatları noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan Bəyanatla başa çatıb.