AzTV-də binanın tavanı çöküb, ölən var (YENİLƏNİB)

AzTV-də binanın tavanı çöküb, ölən var (YENİLƏNİB)

25-12-2020 23:57 / Bu xəbər 1095 dəfə oxundu

 
AzTV-nin dağıntı altında qalan əməkdaşı 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.


***

FHN xilasedicilərinin xəsarət alan əməkdaşı dağıntılar arasından çıxarmağa çalışdığı bildirilir

Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin binasının bir hissəsi çöküb. 

Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, dekabrın 25-də, axşam saatlarında ərazidə olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə televiziyanın bir əməkdaşı xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Dağıntı altında qalan əməkdaşın çıxarılması istiqamətində iş aparılır.

Adının çəkilməsini istəməyən AzTV əməkdaşının Meydan TV-yə verdiyi məlumata görə, hadisə videoteka bölməsində baş verib:

"Onun alt mərtəbəsində isə enerji bloku və qadınlar tualeti yerləşirdi. 

Bildiyimizə görə, bir neçə nəfər yaralanıb, 22 yaşlı Pirverdi adlı əməkdaşımızın da həlak olduğu deyilir. İşə yeni başlamışdı”.

Daxili İşlər Nazirliyindən bildirilib ki, onlarda hadisə yerində kiminsə ölməsi haqda hər hansı məlumat yoxdur.