Azərbaycanda internet televiziyası ofisindən çıxarılır

Azərbaycanda internet televiziyası ofisindən çıxarılır

05-05-2023 12:56 / Bu xəbər 1219 dəfə oxundu

Azərbaycanda azsaylı müstəqil media qurumlarından olan RLC (REDLİNE.TV) yutub kanalı ofisindən çıxarılır.

Bu barədə Arqument.az-a kanalın rəhbəri Samirə Qasımlı deyib. 

O bildirib ki, mayın 1-dək kanala ofisi tərk etmək üçün vaxt qoyulub. 

Kanal rəhbərliyi təzyiqin "İşin əsli” verilişinə görə edildiyini ehtimal edir. 

Bildirilir ki, bu veriliş hakimiyyətin istənilən manipulyativ siyasətini faktlarla tənqid edib.

RLC kanalına təzyiqlər təsadüfü deyil, çünki bir müddətdir ki, hakimiyyətə yaxın media orqanlarında Qərb donorlarının ölkədə "inqilab” hazırlaması barədə əsassız yazılar tirajlanır. 
 
Bundan əvvəl də, kanalın yutub və feysbuk səhifələrinə hücum edilib, bir çox materiallar silinib. 

RLC kanalını 30 iyun, 2019-cu ildə aparıcı Samirə Qasımlı təsis edilib. 

Kanal Azərbaycanda siyasi, iqtisadi və mədəni həyatda baş verən ictimai hadisələri və dünyadakı olayları təhlil etmək, ictimai xadimlərin, fərqli sahələrdə mütəxəssislərin düşüncələrini təqdim etmək, maraqlı müzakirələr aparmağı yaranma məqsədi kimi açıqlayıb.