Bəxtiyar Hacıyevin vəziyyəti kəskin pisləşib
27-12-2022 13:45 / Bu xəbər 940 dəfə oxundu
Bu gün Ədliyyə Nazirliyinin Baş Tibb idarəsinin əməkdaşları onunla görüşə gedib
Bu gün ictimai fəal Bəxtiyar Hacıyevin aclıq aksiyasının 13-cü günüdür. Artıq onun sağlamlığında kritik anlar yaşanmaq üzrədir.
Bu barədə "azadliq.info"ya Bəxtiyar Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bildirib.
Bəxtiyar Hacıyev vəkillə görüşdə qeyd edib ki, ötən gecə saat 3-də sağ qolunda keyləşmə əlamətləri müşahidə olunub. Qanda şəkərin miqdarı koma vəziyyətinə düşmə həddinə kimi azalıb. Qan təzyiqi də kəskin aşağı düşüb.
Vəkil deyib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Bəxtiyar Hacıyevlə görüşə gediblər: "Günün ikinci yarısında Bəxtiyar Hacıyevin digər vəkillərindən biri onunla görüşəcək, yəqin, bu barədə ətraflı məlumat verər".
Bəxtiyar Hacıyev Tofiq Yaqublunun ona görə təşkil olunmuş aksiyada inzibati həbs olunmasına da təəssüfləndiyinini bildirərək cəmiyyəti Yaqublunu müdafiə etməyə çağrış edib.












