Bloger sərbəst buraxıldı - YENİLƏNİB
11-10-2017 18:26 / Bu xəbər 1486 dəfə oxundu
Gənc bloger Eltac Turan Türk sərbəst buraxılıb.
Bu barədə Arqument.az-a bloger Azər Kazımov məlumat verib.
***
Gənc bloger Eltac Turan Türk saxlanılaraq 7-ci polis bölməsinə aparılıb.
Bu haqda "Basta”ya Müsavatın mətbuat xidməti məlumat verib.
Blogerin hansı səbəbdən polisə aparıldığını öyrənmək üçün 7-ci polis bölməsi ilə əlaqə saxladıq.
Bölmənin növbətçi hissəsindən bildirilib ki, Eltac Turan Türk şəkil çəkdiyi polisə gətirilib.
"İcra hakimiyyətinin göstərişi ilə bu ərazidə söküntü işləri aparılır. O da icazəsiz şəkil çəkdiyi üçün gətirilib”, - növbətçi hissədən "Basta”ya bildirilib.
"Jurnalistin işi şəkil çəkməkdir, şəkilə görə saxlamaq nə dərəcədə düzdür” sualına isə belə cavab verilib: "O jurnalist deyil, amma hörmət eləyib buraxacağıq”.
Eltac Turan Türk hakimiyyətin tənqid olunduğu video-çarxları ilə məşhurdur. O, Müsavat Partiyası Məclisinin keçmiş üzvü, mərhum Könül Turan Türkün oğludur.