“Bütün problemləri birgə həll edirik” – VİDEO +İnfoqrafika

“Bütün problemləri birgə həll edirik” – VİDEO +İnfoqrafika

30-06-2020 00:12 / Bu xəbər 1423 dəfə oxundu

Elmira Loselyani Abxaziyanın Suxumi şəhərində doğulub. 

1993-cü ildə müharibə başlayanda hazırda yaşadığı kəndə – Gürcüstanın Marneuli rayonunun Tamarisi kəndinə köçüb. 

Özünün dediyinə görə, bu kənd də onun doğulduğu Suxumi kimi çoxmillətlidir, ona görə də tez qaynayıb-qarışa bilib.

Elmira kəndin sosial problemlərinin həll olunması istiqamətində aktiv fəaliyyət göstərir. Əhali ilə danışıqlar aparır. Aşağıdakı videoda da özünün və aid olduğu icmanın sosial problemlərlə mübarizə üsulları barədə danışıb.

Səsini ucaldan vətəndaş…

Nomidze Polina da Marneuli rayonunun Tamarisi kəndində doğulub. 

O da Elmira kimi kəndin problemlərinin aradan qaldırılması uğrunda can yandıranlardan biridir. Gürcü olmağına rəğmən azərbaycanlılarla olduqca gözəl yola gedir. Bunun nəticəsində Azərbaycan dilini də öyrənib.

Ona ünvanladığımız sualları da Azərbaycan dilində cavablandırdı.///qerbxeber.com