Deputat: "Tabor komandiri şəhid olub"

Deputat:

13-01-2021 00:30 / Bu xəbər 761 dəfə oxundu

Azərbaycan Ordusunun zabiti, tabor komandiri Qubadlıda minaya düşüb.

Bu barədə deputat Qənirə Paşayeva feysbuk hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Qubadlı istiqamətində Azərbaycan Ordusunun tabor komandiri mayor Sərxan Muxtarov mina partlayışı nəticəsində həlak olub.

Milli Məclisin komitə sədri Qənirə Paşayeva bununla bağlı zabitin ailəsinə başsağlığı da verib: "Nur içində yatsın. Vətən üçün yaşayanlar və həyatını fəda edənlər heç zaman unudulmurlar!" - deyə deputat qeyd edib.