DİN: "Qadınlara qeyri-etik təkliflər edən taksi sürücüləri cəzalandırılıb"

DİN:

22-11-2022 14:44 / Bu xəbər 552 dəfə oxundu

Paytaxtda cari ilin noyabr ayı ərzində taksi şirkətlərinin sürücüləri tərəfindən 31 hüquqpozma faktı qeydə alınıb.

Bu barədə noyabrın 22-də Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

DİN-in açıqlamasına görə, onlardan 1 fakt üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi, 1 fakt üzrə oğurluq cinayəti, 29 fakt üzrə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.

Bu hallarla bağlı 29 sürücünün inzibati məsuliyyətə, 2 sürücünün isə cinayət məsuliyyətinə cəlb edildiyi qeyd olunub.

Araşdırmaların davam etdirildiyi bildirilir.