DTX-dən Zakir Həsənovun bacanağı ilə bağlı açıqlama

DTX-dən Zakir Həsənovun bacanağı ilə bağlı açıqlama

03-08-2022 15:41 / Bu xəbər 1183 dəfə oxundu

44 günlük müharibədə iştiraka dair saxta arayışların verilməsinə görə iki cinayət işi qaldırılıb.  
 
Bunu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) "Toplum TV"-nin sorğusuna cavabında bildirib.   
 
Məlumata görə, DTX tərəfindən İkinci Qarabağ Müharibəsində iştirak etməyən şəxslərə saxta arayışların verilməsi halları ilə bağlı məlumatlara baxılıb və toplanmış materiallar prokurorluq orqanlarına göndərilib.  
 
Qurumdan bildirilib ki, faktla bağlı Müdafiə Nazirliyinin Tibb İdarəsi barədə də araşdırma aparılıb: "Aidiyyəti üzrə müvafiq istintaq orqanlarında 2 cinayət işi qaldırılıb".  
 
"Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlu iyulun 13-də "Toplumda debat" verilişində Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəis müavini Elxan İbrahimovun istintaqa cəlb edildiyini söyləmişdi. 

DTX Toplum TV-nin sorğusuna cavabında Elxan İbrahimovun istintaqa cəlb olunmadığını bildirib. 

Mediada Elxan İbrahimovun müdafiə naziri Zakir Həsənovun bacanağı olduğu barədə məlumatlar dəfələrlə yayılıb.