Dövlət Departamenti ABŞ-ın Cənubi Qafqazla bağlı mövqeyini açıqlayıb

Dövlət Departamenti ABŞ-ın Cənubi Qafqazla bağlı mövqeyini açıqlayıb

17-02-2023 12:14 / Bu xəbər 1001 dəfə oxundu

Bayden Administrasiyası Cənubi Qafqazda sülh üzərində işi davam etdirir.

Bu barədə fevralın 16-də Dövlət Departamenti məlumat yayıb.

"Bu, dövlət katibi Entoni Blinkenin diqqət yetirdiyi məsələdir", - deyə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel mətbuat üçün gündəlik brifinqdə deyib. 

"Biz möhkəm sülhə nail olmağımıza kömək edə biləcək istənilən səyi alqışlayırıq", - deyə o, Blinkenin Münhen Təhlükəsizlik Konfransına getməsindən əvvəl bildirib.

"Turan"ın müxbiri Pateldən bu yaxınlarda Qafqaz üzrə nümayəndə təyin edilmiş Lui Bononun Münhendə dövlət katibini müşaiyət edib-etməyəcəyini və onun regiona səfər planlaşdırıb-planlaşdırmadığını soruşub.

Dövlət Departamentinin nümayəndəsi suala birbaşa cavabdan yayınıb və "bunun üçün heç bir maneə olmadığını" bildirib.

Fevralın 1-də dövlət katibi Blinken karyeralı diplomat Bononu bu yaxınlarda istefa verən Filipp Rikerin yerinə Qafqazda danışıqlar üzrə baş müşavir təyin edib.