Ədliyyə Nazirliyi REAL-ın 5 minlik üzvündən cəmi 463 nəfərini təsdiq edib
17-07-2023 14:45 / Bu xəbər 1603 dəfə oxundu
İlqar Məmmədov: "Ya üzv yığmalı, ya da partiyanı buraxmalıyıq"
Ədliyyə Nazirliyi REAL-ın qeydiyyat üçün təqdim etdiyi 5 min üzvlük sənədini qəbul etməyib.
Azpost.info bildirir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov açıqlama verib.
Ədliyyə Nazirliyindən REAL -a göndərilən rəsmi cavabda deyilir ki, reyestrdə adları göstərilən üzvlərlə əlaqə saxlanılıb. 986 nəfər partiyaya üzv olmadığını bildirib. Daha 1058 nəfərin telefon nömrəsi kimi partiyanın ofisinin nömrəsini göstərilib.
Nazirlik bunu məqbul saymayıb. "2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmayıb. Nəhayət, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb. Beləliklə, Partiyamızın siyahısında cəmi 463 nəfərim adı "keçərli” oldu.
Qanuna əsasən növbəti 30 gün ərzində ya 4500+ nəfərin məlumatlarını "düzəltməli”, ya da eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq. Bu həftə qərarımız haqda ictimaiyyətə məlumat verəcəyik”.