Əfqan müqavimət hərəkatı "Taliban"la döyüşləri davam etdirəcək

Əfqan müqavimət hərəkatı

01-11-2021 15:26 / Bu xəbər 653 dəfə oxundu

Əfqanıstanın Pəncşir bölgəsindəki Milli Müqavimət Cəbhəsi (MMC) "Taliban"la mübarizədə Rusiyanın dəstəyinə ümid edir. 

TASS-ın oktyabrın 31-də verdiyi xəbərə görə, bunu ölkənin şimal əyalətinin keçmiş qubernator müavini Kabir Vasik deyib. 

Vasikin sözlərinə görə, taliblər Pəncşirdəki yollara və dövlət idarələrinə nəzarət etsələr də, rayonun yüksək dağlıq bölgələri hələ də müqavimət qüvvələrinin əlindədir. 

Onun sözlərinə görə Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsudun ölkənin digər bölgələrində də dəstəkləyənlər var. Bu isə konkret hərbi əməliyyatlar, həmçinin partizan müharibəsi aparmağa imkan verir. 

"Rusiya bölgədə (Mərkəzi Asiyanı nəzərdə tutur - red.) və dünyada böyük təsirə malikdir, "Taliban"a qarşı gəlməyə, əfqan xalqını dəstəkləməyə və terrorçulara qarşı mübarizədə müqavimət qüvvələrini dəstəkləməyə qadirdir", - deyə Vasik bildirib.