Əkrəm İmamoğlu Ərdoğanı qabaqladı

Əkrəm İmamoğlu Ərdoğanı qabaqladı

21-05-2021 15:58 / Bu xəbər 1040 dəfə oxundu

Türkiyədə "MetroPOLL" tədqiqat şirkəti Türkiyədə "Ehtimal olunan prezident seçkilərində potensial ssenarilər" başlığıyla sonuncu sorğunun nəticələrini paylaşıb. 

"Cümhuriyyet" qəzetinin mayın 21-də verdiyi xəbərə görə, sorğu iştirakçılarına "Prezident seçkilərində namizədlər aşağıdakı kimi olarsa, hansı namizədə səs verərdiniz" sualı ünvanlanıb. 

Sorğudan çıxan nəticələrə görə, İstanbulun meri Əkrəm İmamoğlunun Ərdoğana qalib gəlmək şansları digər namizədlərdən daha çoxdur. Sorğu iştirakçılarının 38,8 %-i Ərdoğana səs verdiyi halda, İmamoğluna verilən səslərin nisbəti 49,7 % olub. 

Digər namizədlərin göstəriciləri belədir: 

Rəcəb Tayyib Ərdoğan 37,5 % - Mənsur Yavaş 49,4 %

Rəcəb Tayyib Ərdoğan 38,5 % - Meral Akşener 42,5 %

Rəcəb Tayyib Ərdoğan 42.5 % - Kamal Kılıçdaroğlu 39,7 %