"Elçibəy öz yaxınlarına israr edib ki, Heydər Əliyevə səs verin"

05-06-2023 15:21 / Bu xəbər 619 dəfə oxundu

"Elçibəy hökumətinin qiyama qalxmış quldur dəstəsinə, Surət kimi banditə məğlub olmasını əsasən bu arqumentlərlə müdafiə edirlər: "Cəbhə hakimiyyətinin başqa yolu yox idi", " Rusiya törədən qiyamı yatırmaq mümkünsüz idi"".

Bunu siyasi şərhçi Elman Fəttah yazıb.

"Halbuki 93-cü ildə məğlub olmamaq üçün cəmi bir şey lazım idi: partnomenklatura ilə əməkdaşlıqdan imtina etmək. (Qiyam günü yox, lap əvvəldən) Sovet elitası ilə qardaşlığa inanan hakimiyyət onların revanşizminə məğlub olmağa məhkum idi və oldu. Üstəlik, 4 iyunun siyasi baxımdan ən dəhşətli faktı hərbi qiyamın təhvil-təslim proseduru ilə legitimləşdirilməsidir. Və bu, birinci şəxsin qəti iradəsi idi. Heydər Əliyev Parlamentdə cəbhəçi deputatların səsi (səs verməyən istisnalar var) ilə sədr seçilib", - deyə o qeyd edib.

Siyasi şərhçinin sözlərinə görə, bunun mümkün olması üçün Elçibəy öz yaxınlarına israr edib ki, Heydər Əliyevə səs verin: 

"1. Cəbhə hakimiyyətinin 4 iyun məğlubiyyətinin həlledici səbəbi partnomenklatura ilə əməkdaşlığı idi.
2. Hərbi qiyamın Heydər Əliyev üzərindən legitimləşdirilməsini təşkil edənləri (buna qarşı çıxanlara eşq olsun) və buna nail olanları 4 iyun kontekstində  müdafiə etmək və bu zaman Rusiya faktorunun arxasına sığınmaq taftalogiyadır".

"Əgər qiyamın arxasında Rusiya vardısa, qiyamı legitimlışdirənləri müdafiə etmək, elə Rusiyanı  müdafiə etməkdir.
Nəticə: Hər bir siyasətçi həmin dövrdən dərs çıxarmalıdır. 
Cəbhə hakimiyyətinin siyasi, konkret desək, qanunverici islahatlarından müsbət mənada, nomentklatura ilə əməkdaşlığından mənfi mənada dərs almalıdır", - o vurğulayıb.