Eldar Həsənovun həbs müddəti uzadılıb

Eldar Həsənovun həbs müddəti uzadılıb

04-05-2021 12:41 / Bu xəbər 1961 dəfə oxundu

Binəqədi Rayon Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

KİV-in mayın 3-də verdiyi xəbərə görə, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Qərara əsasən, Eldar Həsənov barəsində seçilən həbs-qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb. 

Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham irəli sürülüb və Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.