Əli Əliyev də əfv edildi

Əli Əliyev də əfv edildi

08-05-2023 11:36 / Bu xəbər 917 dəfə oxundu

Həbsdə olan Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev əfv edilib.

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında onun da adı var.

Sərəncama əsasən, Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli hökmü ilə məhkum edilmiş Əli Əliyev əfv olunub.

Partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi. 

Partiya sədri əvvəlcə üç müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunduğu üçün 1 il müddətə azadlıqdan məhrum edilmişdi. 

Daha sonra təcridxanada kamera yoldaşına xəsarət yetirdiyi üçün cəza müddəti 2026-cı ilə qədər uzadılmışdı.