Elnur Aslanovun bacanağı rektor gətirilir? - ÖZƏL

Elnur Aslanovun bacanağı rektor gətirilir? - ÖZƏL

29-09-2015 13:45 / Bu xəbər 2263 dəfə oxundu

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri Elnur Aslanovun bacanağı Yaqub Piriyev rektor gətirilir. 

Bu barədə Arqument.Az-a adının açıqlanmasını istəməyən mənbə məlumat verib. 

Onun sözlərinə görə, Elnur Aslanovun bacanağı olan Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev "Nurçu”ların yeni ocağını yaratmağa çalışır. Bununla bağlı bəzi işlər də görüb. 

Məlumatda qeyd edilir ki, Memarlıq və İnşaat Univeristetində dekan işləmiş Yaqub Piriyev nazirliyin əməkdaşı olduqdan sonra Təhsil Nazirliyinin Akreditasiya Komissiyasınən sədri kimi çalışdığı universiteti bilərəkdən ən aşağı balla (3.5) qiymətləndirib: "Burada məqsəd o olub ki, Memarlıq və İnşaat Univeristeti Texniki Universitetlə birləşdirilərək yeni ali təhil ocağı yaradılsın və ora nazirin təqdimatı ilə yeni rektor təyin edilsin. Bu şəxs də çox güman ki, onlara yaxın şəxsidir. Lakin Havar Məmmədov və Gülcöhrə Məmmədova kifayət qədər nüfuzlu şəxs olduqları üçün bu proses gecikir".

Mənbə iddia edir ki, proses, daha doğrusu, müvəqqəti olaraq dondurulub. Ancaq Elnur Aslanovun təkidi ilə bacanağı Yaqub Piriyev yeni lahiyəyə start verib. Belə ki, son parlament seçkilərində bir neçə rektor yenidən deputat olmağı seçdikləri üçün həmin universitetlərdə rəhbər vəzifələrin boşalması şansı artıb. Bu universitetlərdən biri də Aərbaycan Müəllimlər İnistitudur. Məhz bu şansdan istifadə edən Yaqub Piriyev Müəllimlər İnistutuna rektor təyin olunmaq üçün çalışır.

Mənbənin dediyinə görə, təhsil naziri ölkədə olmadığından Yaqub Piriyevin Müəllimlər İnistituna rektor təyin olunması ilə bağlı təqdimatı gecikir. Onun sözlərinə görə, "Hizmət”hərəkatının ən vacib qanadı məktəblər olduğu üçün müəllim yetişdirmək strateji hədəf sayılır. Ona görə də Azərbaycandakı ali məktəblərdə bu prosesi genişləndirməyə cəhd edirlər. 

Redaksiyadan: Təhsil Nazirliyində baş verən hadisələrlə bağlı ciddi məlumatlara malik olduğunu iddia edən mənbənin redaksiyamıza göndərdiyi məlumatla əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq. 

Arqument.Az