Ərdoğan gələn həftə Azərbaycana gəlir
09-06-2023 15:02 / Bu xəbər 686 dəfə oxundu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra ilk rəsmi xarici səfərini Şimali Kiprə (KKTC) edəcək.
Bu barədə "Bugün Kıbrıs” məlumat yayıb.
"İyunun 12-si adaya gələcək Ərdoğan prezident Ersin Tatarla görüşəcək. İyunun 13-də isə Ərdoğan Azərbaycana gedəcək”, – nəşr qeyd edir.
"Məlum olduğu kimi, Türkiyə Cümhuriyyətində ənənəvi olaraq prezident seçilən şəxs ilk xaricə səfərini KKTC-yə, daha sonra isə Azərbaycana edib. Ərdoğan 2018-ci il seçkilərində bu ənənəni pozaraq ilk səfərini Azərbaycana etmişdi”, – məlumatda deyilir.