Ermənistan parlamenti Azərbaycana qarşı layihəni qəbul etmədi

Ermənistan parlamenti Azərbaycana qarşı layihəni qəbul etmədi

27-10-2021 17:08 / Bu xəbər 584 dəfə oxundu

Ermənistan parlamenti müxalifət fraksiyaları ("Ayastan" və "Şərəfim var") tərəfindən hazırlanan Dağlıq Qarabağla bağlı bəyanat layihəni qəbul etməyib. 

"Sputnik Ermənistan"ın oktyabrın 27-də verdiyi məlumata görə, Ermənistan Milli Yığıncağının hakim fraksiyası "Vətəndaş Müqaviləsi" layihənin hazırlanmasında onların rəyinin soruşulmadığını bəyan edərək səsvermədə iştirak etməyib.  

"Bəyanat müxalifətin və hakimiyyətin fəaliyyətini əks etdirməklə təkcə daxili deyil, xarici siyasətə də aiddir. Məhz buna görə də belə vacib məsələ ilə bağlı sənəddə konsensus olmalıydı", - deyə "Vətəndaş müqaviləsi" fraksiyasının rəhbəri Ayk Kondjoryan bildirib. 

Dağlıq Qarabağla bağlı bəyanat layihəsində Azərbaycanla Türkiyənin terrorçu qruplaşmaların və muzdluların cəlb edilməsiylə Dağlıq Qarabağa qarşı genişmiqyaslı silahlı aqressiya başlatdığı iddia olunurdu. 

Həmçinin qeyd edilirdi ki, hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan tərəfi beynəlxalq öhdəlikləri pozmaqla hərbi əsirlərə və mülki məhbuslara qarşı kobud pozuntulara yol verib. Sənəddə habelə Azərbaycanın nifrəti və ermənifobiyanı qızışdırdığı  qeyd edilib. 

Son olaraq bildirilib ki, Dağlıq Qarabağ münaqişəsi yalnızca ATƏT-in Minsk qrupunun vasitəçiliy iilə və danışıqlar yoluyla həll olunmalıdır. 

Hakim fraksiyanın rəhbəri Kondjoryan bildirib ki, bəyanatın parlament çoxluğuyla müzakirə edilməməsinə, həmçinin xarici siyasət qiymətləndirmələri ilə bağlı formullarda "Vətəndaş Müqavilə"sinin rəyinin soruşulmamasına görə təəssüf edir. 

"Ona görə də biz səsvermədə iştirak etməyəcəyik",  - deyə Kondjoryan vurğulayıb. 

Hakim fraksiya səsvermədə iştirak etmədiyinə görə də bəyanat qabul edilməyib.