Ermənistanın XİN başçısı Türkiyəyə səfərə gedir

Ermənistanın XİN başçısı Türkiyəyə səfərə gedir

15-02-2023 12:56 / Bu xəbər 909 dəfə oxundu

Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfərə gedir. 

O, həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

Bundan başqa, nazir zəlzələdən zərər çəkmiş, erməni xilasedicilərin axtarış-xilasetmə işlərini həyata keçirdiyi Adıyaman şəhərinə baş çəkəcək. 

Bu barədə Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan məlumat yayıb. 

Aİ-nin xüsusi nümayəndəsi Toyvo Klaar bunu "tarixi səfər" adlandırıb: "Bu, ehtiyacı olan qonşunu dəstəkləmək qərarının ardınca gələn tarixi səfərdir. Ümid edirəm ki, bu, münasibətlərdə baş verəcək gələcək hadisələrin xəbərçisidir". 

Mirzoyan ötən il Türkiyəyə səfər etmişdi. 

12 mart 2022-ci il tarixində Çavuşoğlu və Mirzoyan Antalyada İkinci Diplomatik Forum çərçivəsində danışıqlar aparmışdı.